Türkiyə sərhədinə ordu yeritdilər - HƏR AN...
Bizi izləyin

Yaxın Şərq

Türkiyə sərhədinə ordu yeritdilər - HƏR AN...

Türkiyənin İraqın şimalında PKK terror təşkilatına qarşı həyata keçirdiyi “Pəncə-Aslan” əməliyyatından narahat olan rəsmi Bağdad sərhədə çox sayda əsgər yerləşdirib.

Publika.az xəbər verir ki, İraq Sərhəd Qoşunlarının Birinci Briqada Komandiri, general Dilər Fərzəndə Zəbari əsgərlərin baş nazirin təlimatı əsasında bölgədə analizlər apardığını bildirib.

“Daha sonra sərhəd mühafizəçilərinə bəzi strateji bölgələrdə hərəkətə keçmək üçün təlimat verilib. Onlar Dərkar və Batifa qəsəbələrinə yerləşdirilib. Bölgədəki 5 strateji yerdə mövqeyimizi müəyyən etdik. Burada daimi qalacağıq. Hər növ təhlükəyə qarşı hazırıq. Təlimat verildiyi halda, sərhədin səfər nöqtəsinə də gedəcəyik”, - general qeyd edib.

O bildirib ki, rəsmi Bağdad məsələ ilə bağlı Türkiyəyə məlumat verib.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm