İraqın Almaniyadan XAHİŞİ - Bizi bu siyahıdan çıxarın
Bizi izləyin

Yaxın Şərq

İraqın Almaniyadan XAHİŞİ - Bizi bu siyahıdan çıxarın

İraqın Xarici İşlər naziri Fuad Hüseyn allman həmkarı Heiko Maasdan ölkəsinin Avropa İttifaqının "qara siyahı"sından çıxarılmasına kömək etməsini istəyib.

Publika.az xəbər verir ki, İraq və Almaniyanın Xarici İşlər nazirləri arasında baş tutan telefonsöhbətində bir sıra mövzular, o cümlədən ikitərəfli münasibətlər müzakirə edilib.

"Fuad Hüseyn alman həmkarını İraqın çirkli pulların yuyulması və terrorçuluğun maliyyələşdirilməsi riski yüksək olan ölkələr siyahısından çıxarılmasına dəstək verməyə çağırıb",- deyə nazirlikdən verilən açıqlamada bildirilir.

İraq 2016-cı ilin oktyabrında çirkli pulların yuyulmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı zəif qaydaları olan üçüncü ölkələrin siyahısına daxil edilib. Siyahıların məqsədi Avropa İttifaqının maliyyə sistemini üçüncü ölkələrdən gələn pulların yuyulması və terror maliyyələşdirmə risklərindən qorumaqdır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm