Bəşər Əsəd və xanımı səs verdi - - FOTO
Bizi izləyin

Yaxın Şərq

Bəşər Əsəd və xanımı səs verdi - - FOTO

Bu gün Suriyanın ali qanunverici orqanı olan Milli Şuraya seçkilər keçirilir. Suriya Prezidenti Bəşər Əsəd və həyat yoldaşı Əsma Dəməşqdə səs veriblər.

Publika.az "RİA Novosti"yə istinadla xəbər verir ki, bu haqda prezident sarayının mətbuat xidməti məlumat yayıb.

Bu, Suriyada müharibənin başlanmasından bəri keçirilən üçüncü parlament seçkiləri dir.

Bu gün, saat 8.00-da ölkə daxilində 7331 seçki məntəqəsi açılıb, 1,6 mindən çox namizəd 250 deputat mandatı uğrunda mübarizə aparır.

2016-cı il seçkilərindən sonra parlamentdəki yerlərin əksəriyyəti "Baas" partiyasının rəhbərlik etdiyi "Milli Mütərəqqi Cəbhəsi"nə məxsusdur. Bu partiyaya Suriya Prezidenti Bəşər Əsəd başçılıq edir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm