Daha bir hava limanı fəaliyyətini bərpa etdi: beynəlxalq uçuşlara açıldı
Bizi izləyin

Yaxın Şərq

Daha bir hava limanı fəaliyyətini bərpa etdi: beynəlxalq uçuşlara açıldı

Yeni tip koronavirus pandemiyası səbəbilə 4 aya yaxın fəaliyyətini dayandıran Bağdad hava limanı yenidən açılıb.

Publika.az xəbər verir ki, hava limanından bu gün ilk ölkədaxili və xarici reyslər təşkil olunub.

İraq Mülki Aviasiya Agentliyinin mətbuat katibi Cihad Divan məsələ ilə bağlı açıqlamasında qurumun tövsiyə və tələbləri əsasında böhran mərkəzi tərəfindən hava limanlarının fəaliyyətinin bərpa edildiyini bildirib.

Sərnişinlər hava limanlarında maska və əlcəkdən istifadə etməli, sosial məsafəni qorumalıdır. Uçuşlar arasında 3-4 saat zaman məsafəsi təyin olunub. Bu müddət ərzində dezinfeksiya işləri həyata keçirilir.

Bağdaddan ilk xarici səfərlər Dubay, Kiyev, Beyrut və Qahirəyə təşkil edilib.

Xatırladaq ki, Bağdad hava limanı 16 martda bağlanmışdı.

İraqda paytaxtdan başqa, Nəcəf, Bəsrə, Ərbil və Süleymaniyyə şəhərlərində hava limanları fəaliyyət göstərir.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm