Sərhəddə ATIŞMA: bütün qoşun və arsenal döyüş mövqelərinə daşındı
Bizi izləyin

Yaxın Şərq

Sərhəddə ATIŞMA: bütün qoşun və arsenal döyüş mövqelərinə daşındı

İsrail-Livan sərhədində atışma olub.

Publika.az xəbər verir ki, bu barədə İsrail ordusunun sözçüsü məlumat yayıb.

“Röyters” Livanın “Hizbullah” müqavimət hərəkatının Şəba fermaları bölgəsində İsrail ordusuna qarşı hərbi əməliyyat təşkil etdiyini yazıb. Portala açıqlama verən mənbələrin məlumatına görə, əməliyyat Suriyada 1 Hizbullah döyüşçüsünün öldüyü İsrail hücumuna cavab kontekstindədir.

Livan mətbuatında yer alan xəbərlərə görə, “Hizbullah”ın Şəba fermaları yaxınlığında İsrail hərbi avtomobilinə tank əleyhinə raket atmasından sonra İsrail ordusu Livanın Kəfərşubə bölgəsini artilleriyadan atəşə tutub. İsrail ordusu bütün qoşun və təchizatını Livan sərhədindəki mövqelərə daşıyıb.

Rəhbəri olduğu partiyanın toplantısı zamanı olaydan xəbər tutan İsrailin Baş naziri Benyamin Netanyahu “qarışıq hadisənin içindəyik” sözlərini deyib.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm