ABŞ əsgərlərinin olduğu hərbi bazaya raketli hücum - Partlayışlar olub
Bizi izləyin

Yaxın Şərq

ABŞ əsgərlərinin olduğu hərbi bazaya raketli hücum - Partlayışlar olub

İraqın Səlahəddin şəhərindəki Şəhid Məcid Təmimi Hərbi Bazasında partlayışlar olub.

Publika.az xəbər verir ki, bu barədə ölkənin Müdafiə Nazirliyinin Təhlükəsizlik Media Şəbəkəsi yazılı açıqlama yayıb.

Açıqlamada partlayışın mənbəyinə dair informasiya verilməyib.

Bundan başqa, paytaxt Bağdadın şimalında ordu ilə yanaşı ABŞ əsgərlərinin də yerləşdiyi Taci Hərbi Bazasına 3 raket atılıb. Raketlərdən biri İraq Hərbi Aviasiya Qüvvələrinin təyyarəsinə düşüb. Digərləri isə silah-sursat anbarını hədəf alıb.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm