Misirdən Türkiyəyə qarşı SƏRT İDDİA: sərhədlərimizi pozdular
Bizi izləyin

Yaxın Şərq

Misirdən Türkiyəyə qarşı SƏRT İDDİA: sərhədlərimizi pozdular

Türkiyənin Yunanıstanla yaşadığı Şərqi Aralıq dənizi gərginliyinə Misir də daxil olub.

Publika.az xəbər verir ki, Misir Xarici İşlər Nazirliyi Türkiyənin Kipr sahillərində seysmik araşdırmalar planlalarının ölkənin sərhədlərini pozduğunu iddia edib.

Açıqlamaya görə, rəsmi Ankaranın araşdırma aparmaq istədiyi bölgə Qahirənin iqtisadi zonasıdır. Türkiyə NAVTEX ilə Misirin haqlarını pozmaqda ittham olunur.

Qeyd edək ki, Türkiyə ilə Yunanıstan arasında ötən həftə Qızılhisar adası yaxınlığında NAVTEX gərginliyi yaşanmış, Almaniyanın vasitəçiliyi ilə böhran aradan qaldırılmışdı. Lakin Ankaranın Kipr sahillərində seysmik fəaliyyət üçün elan etdiyi ikinci NAVTEX Yunanıstanın etirazına səbəb olmuşdu.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm