Beyrutda dəhşətli PARTLAYIŞ: Ölənlərin sayı 78-ə çatdı - VİDEO/FOTO - (YENİLƏNİR)
Bizi izləyin

Yaxın Şərq

Beyrutda dəhşətli PARTLAYIŞ: Ölənlərin sayı 78-ə çatdı - VİDEO/FOTO - (YENİLƏNİR)

Livanın paytaxtı Beyrutda baş verən partlayışlar zamanı ölənlərin sayı 78-ə yüksəlib.

Publika.az xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyindən məlumat verilib.

O bildirib ki, partlayışlar zamanı 4 min nəfərə yaxınlaşır

***

01:15

Livanın paytaxtı Beyrutda baş verən partlayışlar zamanı ölənlərin sayı 73-ə yüksəlib.

Publika.az xəbər verir ki, bu barədə Səhiyyə naziri Hamad Hasan məlumat verib.

O bildirib ki, partlayışlar zamanı 3 700 nəfərdən çox insan xəsarət alıb.

***

23:19

Livanın paytaxtı Beyrutda baş verən partlayışlar zamanı ölənlərin sayı 30-a yüksəlib.

Publika.az xəbər verir ki, Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) Livan cəmiyyəti Beyrutdakı partlayış zamanı 2 500 nəfərdən çox insanın xəsarət aldığını bildirib.

***

21:23

Livanın paytaxtı Beyrutda baş verən ard-arda iki partlayışda azı 10 nəfər ölüb.

Publika.az xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb. Təhlükəsizlik orqanlarındakı mənbə bildirib ki, tibb müəssisəsinə 10 meyit gətirilib.

Hadisə zamanı həmçinin yüzlərlə insanın xəsarət aldığı bildirilir.

***

20:52

Livanda ard-arda güclü partlayış olub.

Publika.az xarici mətbuata stinadla xəbər verir ki, hadisə paytaxt Beyrut şəhərində partlayıcı maddələrin saxlanıldığı 12-ci anbarda baş verib.

İlkin məlumata görə hadisə zamanı azı 6 nəfər ölüb.

Partlayış episentrinə yaxın olan binaların şüşələri sınıb.

Hələlik partlayışın səbəbi məlum deyil.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm