ABŞ əsgərlərinin bazasına raket atıldı
Bizi izləyin

Yaxın Şərq

ABŞ əsgərlərinin bazasına raket atıldı

Suriyada xidmət edən ABŞ əsgərlərinə hücum təşkil olunub.

Publika.az xəbər verir ki, bu barədə Suriyanın “Əl Vətən” qəzeti məlumat yayıb.

Qəzetin xəbərinə görə, ölkənin şərqindəki Haseki vilayətində yerləşən ABŞ hərbi bazasına raket atılıb. Hadisə barədə ətraflı məlumata yer verilməyib.

Suriya mətbuatında son zamanlarda dərc edilən xəbərlərə əsasən, Haseki və Deyr-əz-Zor vilayətlərindəki ABŞ bazaları naməlum şəxslər tərəfindən hücuma məruz qalır.

ABŞ Müdafiə Nazirliyi (Pentaqon) isə bu istiqamətdəki iddiaları təkzib edir.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm