Beyrutda ölənlərin sayı artmaqda davam edir - 5 min insan.... - (YENİLƏNDİ)
Bizi izləyin

Yaxın Şərq

Beyrutda ölənlərin sayı artmaqda davam edir - 5 min insan.... - (YENİLƏNDİ)

Beyrut limanında 4 avqustda baş verən partlayış nəticəsində ölənlərin sayı 154-ə çatıb.

Publika.az xəbər verir ki, bu barədə Livanın Səhiyyə naziri Həmid Həsən bildirib.

O əlavə edib ki, yaralı sayı 5 minə yaxındır. Onlardan sadəcə 120 nəfərinin vəziyyəti kritikdir.

***

09:11

Avqustun 4-də Beyrutun dəniz limanında baş vermiş partlayış nəticəsində ölənlərin sayı atır.

Publika.az xəbər verir ki, yerli media məlum partlayış nəticəsində ölənlərin sayının 149-a çatdığını yazıb, 5 mindən çox insan isə yaralanıb.

Qeyd edək ki, daha əvvəlki 145 nəfərin öldüyü bildirilirdi. Partlayış dalğası Beyrutda yüzlərlə binanı dağıdıb və ya zədələyib. Habelə 300 mindən çox insan evsiz qalıb.

Livan Daxili İşlər Nazirliyinin yaydığı məlumata görə, partlayış 2 min 750 ton ammonium nitratın qaynaq işləri zamanı yanması səbəbindən baş verib. Altı il öncə gömrük xidmətinin müsadirə etdiyi ammonium nitrat limanın anbarında saxlanılırmış. Hadisə ilə əlaqədar liman administrasiyasının 16 əməkdaşı, o cümlədən direktoru saxlanılıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm