Beyrut qarışdı - YARALILAR VAR - FOTO/VİDEO
Bizi izləyin

Yaxın Şərq

Beyrut qarışdı - YARALILAR VAR - FOTO/VİDEO

Beyrutda hökumət əleyhinə keçirilən mitinqlər zamanı təhlükəsizlik qüvvələri ilə toqquşmalarda 110-a yaxın insan yaralanıb.

Publika.az xəbər verir ki, bu barədə Livanın Qırmızı Xaç Cəmiyyətinin Tvitter səhifəsində bildirilib.

İyirmi iki nəfərin xəstəxanalara aparıldığı, daha 87 nəfərə isə yerində tibbi yardım göstərildiyi qeyd olunub.

Hökumət əleyhinə mitinqlər Beyrutun mərkəzindəki parlament binasının qarşısından başlayıb.

Polis aksiya iştirakçılarına qarşı gözyaşardıcı qazdan istifadə edib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm