Livan ordusu iğtişaşları yatırdı, 480 nəfər... - (YENİLƏNDİ)
Bizi izləyin

Yaxın Şərq

Livan ordusu iğtişaşları yatırdı, 480 nəfər... - (YENİLƏNDİ)

Livanda hərbçilər nümayişçiləri İqtisadiyyat, Xarici İşlər və Energetika nazirliklərinin binalarından çıxararaq həmin ərazidən uzaqlaşdırıblar.

Publika.az xəbər verir ki, hüquq-mühafizə orqanları ilə aksiya iştirakçıları arasında baş verən toqquşmalarda 490 nəfər müxtəlif dərəcəli bədən xəsarəti alıb, bir polis əməkdaşı həlak olub.

Qeyd olunub ki, hazırda ölkənin paytaxtı Beyrutda başlayan iğtişaşların qarşısı alınıb və şəhərdə nümayişçilər görünmür.

***

22:12

Livanın paytaxtı Beyrut şəhərində davam edən nümayişlərdə silah səsləri eşidilib.

Publika.az “RİA Novosti”yə istinadla xəbər verir ki, güllə yarası alan polis vəfat edib.

Qeyd olunub ki, silahlı insident zamanı nümayişçilərin də bir neçəsi ağır yaralanıb.

Bundan başqa, 172 nəfər toqquşmalarda xəsarət alıb. Bildirilib ki, 55 nümayişçi xəstəxanaya yerləşdirilib, digərlərinə isə yerində tibbi yardım göstərilib.

Etirazçılar Livan Banklar Asosassiyasının binasına daxil olub. Onlara Livan ordusunun ehtiyatda olan zabitləri başçılıq edir.

Artıq nümayişçilər İqtisadiyyat, Xarici İşlər və Energetika nazirliklərinin binalarına hücum edərək oranı ələ keçiriblər. Onlar Xarici İşlər Nazirliyinin binasını qərargah elan ediblər.

Polis nümayişçilərə qarşı bibər qazından istifadə edir.

Etirazçılar həmçinin, Ətraf Mühit Nazirliyinin də binasına daxil olmağa çalışır.

***

21:00

Livanın paytaxtı Beyrutda nümayişçilər davam edir.

Publika.az “RİA Novosti”yə istinadla xəbər verir ki, aksiya iştirakçıları XİN-in binasına giriblər.

Onlar “Beyrut - silahsızlaşdırılmış şəhər” və “İnqilab paytaxtı” yazılan plakatlar qaldırıblar.

Artıq güc strukturları ilə nümayişçilər arasında yaranan qarşıdurmalarda xəsarət alanların sayı 100 nəfəri ötüb.

Qeyd edək ki, Beyrutda minlərlə insan hökumətin istefası və islahatlar tələbi ilə küçələrə çıxaraq hökumət əleyhinə mitinqlərə başlayıblar.

Nəticədə etirazçılarla hüquq-mühafizə orqanlarının əməkdaşları arasında toqquşmalar baş verib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm