Qətərdən Fələstinə DƏSTƏK
Bizi izləyin

Yaxın Şərq

Qətərdən Fələstinə DƏSTƏK

Türkiyənin Yaxın Şərqdəki böyük müttəfiqi Qətər Qəzzada gərginliyi nəzarət altına almağa çalışdıqlarını açıqlayıb.

Publika.az xəbər verir ki, Qətərin Qəzza Yenidənqurma Komitəsinin sədri Məhəmməd əl-İmadi bölgədəki əhalinin böhrandan əziyyət çəkməməsi üçün lazımi işləri həyata keçirdiklərini söyləyib:

"Qəzza zolağında vəziyyəti idarə etmək üçün çox böyük işlər görürük. Tərəflərlə təmasımızı ən yüksək səviyyədə davam etdiririk”.

Qətərin Fələstini hər sahədə dəstəklədiyini deyən Məhəmməd əl-İmadi bu dəstəyin Fələstin xalqının sıxıntısını yüngülləşdirmək üçün davam etdiriləcəyini vurğulayıb.

İmadi Qəzzada yaşanan böhranla əlaqədar beynəlxalq ictimaiyyətə çağırış edib.

Akqabay

Oxumağa davam et
Reklam
Reklam

Gündəm