İranda genişmiqyaslı əməliyyatlar - 20 nəfər həbs edildi
Bizi izləyin

Yaxın Şərq

İranda genişmiqyaslı əməliyyatlar - 20 nəfər həbs edildi

İranın Əlborz, Tehran, Kirmanşah, Lorestan, Sistan-Bəlucistan, Qərbi Azərbaycan, İsfahan və Kirman vilayətlərində silah qaçaqmalçılığına qarşı əməliyyatlar keçirilib.

Publika.az xəbər verir ki, bu barədə İranın Təhlükəsizlik Nazirliyi açıqlama yayıb.

Bildirilib ki, xüsusi əməliyyat nəticəsində xaricdən ölkəyə qaçaqmalçılıq yolu ilə silah gətirilməsinin qarşısı alınıb.

Qeyd olunub ki, əməliyyatlar zamanı 20 nəfər həbs edilib. Onların evlərində və iş yerlərində aparılan axtarış zamanı çox sayda silah-sursat aşkar edilərək götürülüb.

Açıqlamada diqqətə çatdırılıb ki, nazirlik bu istiqamətdə fəaliyyətini davam etdirir və İrana qarşı istifadəsi nəzərdə tutulan silahların ölkə ərazisinə daxil olmasına imkan verməyəcək.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm