Rusiya ilə Əsəd rejimi arasında daha bir RAZILAŞMA
Bizi izləyin

Yaxın Şərq

Rusiya ilə Əsəd rejimi arasında daha bir RAZILAŞMA

Rusiya və Bəşər Əsəd rejimi Rusiyanın Latakiyadakı Hmeymim aviabazasını genişləndirmək məsələsində razılığa gəlib.

Publika.az-ın məlumatına görə, iyulun 21-də rejim, eyni ayın 30-da Rusiya tərəfindən təsdiqlənən razılığa əsasən, Latakiyadakı 8 hektar quru və 8 hektar dəniz ərazisi Rusiyaya ödənişsiz, müvəqqəti olaraq "müalicə və reabilitasiya mərkəzi" kimi istifadə üçün verilib.

Rusiya ilə Əsəd rejimi arasında 26 avqust 2015-ci ildə imzalanan müqaviləyə uyğun olaraq isə rus təyyarələri və əsgərləri Hmeymim bazasında yerləşdirilib.

Razılaşmaya əsasən, Rusiya bazadan istifadə üçün rejimə heç bir haqq ödəmir. Bazaya yerləşdiriləcək təyyarələr, heyət və avadanlıqlar Rusiya tərəfindən müəyyən edilir. Bura gətiriləcək avadanlıqlar həmçinin vergi və gömrük nəzarəti altına alınmaycaq. Bazada xidmət edəcək Rusiya personalı və onların ailələri diplomatlara bənzər imtiyaz və toxunulmazlıqdan istifadə edəcək. Əsəd rejimi fəaliyyətinə görə Rusiyaya və onun heyətinə qarşı hər hansı iddia qaldıra bilməz.

Qeyd edək ki, Rusiya ordusu Suriyadakı Hmeymim aviabazasına əlavə olaraq Tartus limanını hərbi-dəniz bazası kimi istifadə edir.

Akqabay

Oxumağa davam et
Reklam
Reklam

Gündəm