Sərracdan kritik AÇIQLAMA: “Bütün ərazilərə nəzarət edə bilmirik”
Bizi izləyin

Yaxın Şərq

Sərracdan kritik AÇIQLAMA: “Bütün ərazilərə nəzarət edə bilmirik”

Liviyanın baş naziri Fayiz əs-Sərrac hökumətdə yenidən araşdırma aparılacağını açıqlayıb.

Publika.az xəbər verir ki, Fayiz əs-Sərrac bu barədə Liviyanın dövlət televiziyasına danışıb.

O, böhran hökümətinin yaradılması üçün təcili olaraq kabinetin yenidən nəzərdən keçirilməsinin lazım olacağını bildirib.

Liviyanın çətin vəziyyətdə qalmasına icazə verməyəcəyini deyən Sərrac, ölkədəki bütün ərazilərə də nəzarət edə bilmədiyini vurğulayıb.

O, bir daha Prezident Şurasının və ümumi seçkilərin gələn ilin mart ayında keçiriləcəyini bildirib. Liviyadakı etirazlardan danışan Sərrac, insanları təxribatlara uymamağa səsləyib.

Akqabay

Oxumağa davam et
Reklam
Reklam

Gündəm