İsraildən İDDİA - ABŞ Çinlə münasibətlərimizin pozulmasını istəyir
Bizi izləyin

Yaxın Şərq

İsraildən İDDİA - ABŞ Çinlə münasibətlərimizin pozulmasını istəyir

ABŞ rəhbərliyinin İranı və İsraili dəstəklədiyi üçün həmin ölkələrin Çinlə münasibətlərinin pozulmasına görə təzyiq göstərdiyi bildirilir.

Publika.az xəbər verir ki, bu barədə İsrailin “Walla News” qəzeti yazıb.

Xəbərdə avqustun 24-də Qərbi Qüdsü ziyarət edən ABŞ dövlət katibi Mayk Pompeonun Baş nazir Benyamin Netanyahu ilə görüşündə Təl-Əviv ilə Pekin arasındakı münasibətlərin müzakirə edildiyi bildirilib.

Pompeonun Netanyahuya Çin ilə münasibətləri soyutması və Çin şirkətlərinin İsraildəki sərmayələrini məhdudlaşdırması üçün təzyiq göstərdiyi qeyd edilir.

Pekin rəhbərliyinin İranla strateji tərəfdaşlıq müqaviləsi imzalamağı hədəflədiyini vurğulayan Pompeo, İsrailin Çin ilə münasibətlərindən uzaqlaşmalı olduğunu deyib.

Qeyd edək ki, ABŞ rəhbərliyi əvvəllər də Çin şirkətlərinin İsrail bazarındakı payının artması səbəbindən narahatlığını Təl-Əviv rəhbərliyinə çatdırmışdı. Bundan sonra İsrail ölkə iqtisadiyyatına yatırılan xarici investisiyaların araşdırılması üçün 2019-cu ilin oktyabrında yeni komissiya qurmağa qərar vermişdi. İsrail mətbuatı komissiyanın qurulmasında əsas hədəfin Çin olduğunu yazır.

Akqabay

Oxumağa davam et
Reklam
Reklam

Gündəm