Daha bir ölkə koronavirusa təslim oldu - YOLUXMA REKORD HƏDDƏ ÇATDI
Bizi izləyin

Yaxın Şərq

Daha bir ölkə koronavirusa təslim oldu - YOLUXMA REKORD HƏDDƏ ÇATDI

İraqda yeni koronavirusa gündəlik yoluxmada rekord say qeydə alınıb.

Publika.az xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyinin məlumatında qeyd edilib.

Belə ki, son gündə 5 036 yeni COVID-19 hadisəsi qeydə alınıb, 3 611 nəfər sağalıb, 84 xəstə ölüb.

Beləliklə, İraqda koronavirusa yoluxanların sayı 252 mini keçib, bunlardan 191 mindən çoxu sağalıb. Nazirlikdən bildirilib ki, ümumilikdə 7 359 nəfər koronavirusla əlaqəli xəstəliklərdən ölüb.

Hazırda reanimasiya şöbələrində 495 xəstə var.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm