Türkiyə İranla RAZILAŞDI: qoşunlar birləşdirilib bu bölgəyə yeridiləcək
Bizi izləyin

Yaxın Şərq

Türkiyə İranla RAZILAŞDI: qoşunlar birləşdirilib bu bölgəyə yeridiləcək

PKK terror təşkilatının təlim və logistika düşərgələrinə tez-tez əməliyyatlar təşkil edən Türkiyənin İran və İraq mərkəzi hökumətlərinə təkidli təzyiqləri nəticə verib.

Publika.az-ın məlumatına görə, İran Türkiyə ilə birgə anti-terror əməliyyatları keçirməyə razılaşıb.

İlkin hədəflər arasında terror təşkilatının qalası sayılan Sincar var.

Türkiyə bu istiqamətdə İraq və Şimali İraq Kürd Muxtariyyəti ilə görüşləri sürətləndirib.

PKK-nın Sincarda məskən salmasına yardımçı olan ABŞ isə şəhərin təxliyəsi üçün hərəkətə keçib. Pentaqon şəhərdən terror ünsürlərini çıxararaq yerlərinə dinc sakinləri yerləşdirməyi planlaşdırır.

Rəsmi Tehranın Türkiyənin təklifinə razılıq verməsinə səbəb olaraq PKK-nın son 1 ayda buradakı hücumlarını genişləndirməsi göstərilir. Ötən gün keçirilən Yüksək Səviyyəli Əməkdaşlıq Şurasının 6-cı iclasında da PKK problemi müzakirə edilib. İclasdan sonra açıqlanan yekun sənəddə PKK-nın İran və Türkiyənin təhlükəsizliyinə təhdid yaratdığına diqqət çəkilib.

Artıq PKK Sincardakı düşərgə və təlim mərkəzlərini ətraf kənd və qəsəbələrə köçürür.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm