İsrail nəhəng əməliyyatlara start verir
Bizi izləyin

Yaxın Şərq

İsrail nəhəng əməliyyatlara start verir

İsrail “Şimal qalxanı” hərbi əməliyyatlarına start verir.

Publika.az xəbər verir ki, əməliyyatın ilk mərhələsi artıq başlanıb.

Hökumətin icazəsi və lazımi büdcənin təsdiqlənməsindən sonra Müdafiə Nazirliyi Livanla sərhəd ərazilərdə 600 sığınacaq inşa edəcək.

“Maariv” qəzetinin məlumatına görə, sığınacaqlarla qəsəbələr arasındakı məsafə 1 km təşkil edir. İsrail raketlərə qarşı vətəndaşların yaşadığı mülki qəsəbələri qorumaq üçün riskli bölgələrdə gücləndirilmiş sığınacaqlar quracaq.

Xəbərdə planın ilk mərhələsinin 30 milyon dollara başa gələcəyi bildirilib.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm