2 həftəlik sərt karantin rejiminə keçdilər
Bizi izləyin

Yaxın Şərq

2 həftəlik sərt karantin rejiminə keçdilər

İsrail hökuməti iki həftəlik sərt karantin rejiminin tətbiqini təsdiqləyib.

Publika.az xəbər verir ki, sərtləşdirilmiş rejim 25 sentyabrdan etibarən qüvvəyə minəcək.

Qaydalar çərçivəsində mağaza və apteklərdən başqa bütün satış müəssisələri və xidmət sektoru bağlanacaq. Yalnız fəaliyyəti zəruri olan sənaye müəssisələri işləyəcək. Sakinlər yaşayış yerlərindən 1 km məsafədə uzaqlaşa biləcək.

Daha sərt karantin rejiminin bu gün Knessetdə (ölkə parlamenti) təsdiqlənməsi üçün təqdim edilməsi gözlənilir.

Qeyd edək ki, İsraildə yoluxma sayının sürətli artımı 18 sentyabrda ikinci karantin dövrünün başlanmasına səbəb olub. Daha əvvəl mart-may aylarında qüvvədə olan məhdudiyyətlərin ləğvindən sonra koronavirusa yoluxma hallarının sayında artım yenidən kəskinləşdi.

Səhiyyə Nazirliyindən verilən məlumata görə, son 24 saat ərzində İsraildə COVID-19-a yoluxma sayı 6 min 667 nəfər artaraq 200 min 41-ə çatıb. Son bir gündə koronavirus infeksiyasıdan 31 xəstə ölüb, ölümlərin ümumi sayı isə 1 316-a çatıb. Hazırda 9 milyona yaxın əhalisi olan İsraildə koronavirusa yoluxmuş 54 min 322 nəfər müalicə olunur, onlardan 634-ü ağır vəziyyətdədir. 171 xəstə süni tənəffüs aparatına qoşulub.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm