Bayden seçilsə, İranla İsrail müharibə edəcək - ŞOK PROQNOZ
Bizi izləyin

Yaxın Şərq

Bayden seçilsə, İranla İsrail müharibə edəcək - ŞOK PROQNOZ

ABŞ prezident seçkilərində Co Bayden qalib gəlib nüvə razılaşmasına geri qayıdarsa, İranla İsrail arasında şiddətli münaqişə yaşanacaq.

Publika.az xəbər verir ki, bunu İsrailin Yaşayış məntəqələri üzrə naziri Tzaçi Haneqbi deyib.

Ölkəsinin "Kanal 13" telekanalına müsahibə verən nazir bildirib ki, özü, baş nazir Benyamin Netanyahu və İsrail xalqı 2015-ci ildə İranla imzalanan nüvə razılaşmasını yanlış hesab edir.

Nazirin sözlərinə görə, Bayden prezident olarsa, Qərbi Şəriədəki yaşayış məntəqələri daxil olmaqla bir çox mövzuda problem çıxacaq.

Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp sözügedən razılaşmadan 2018-ci ilin may ayında çıxdıqlarını açıqlamışdı.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm