Suriyada dəhşətli terror aktı: ölü və yaralılar var
Bizi izləyin

Yaxın Şərq

Suriyada dəhşətli terror aktı: ölü və yaralılar var

Suriyanın şimalındakı Bab vilayətində terror aktı olub.

Publika.az xəbər verir ki, avtomobilə yerləşdirilən bombanın partladılması nəticəsində 5 dinc sakin həlak olub, 18 nəfər yaralanıb.

Hadisə yerinə yanğınsöndürmə briqadaları cəlb olunub. Yaralılar xəstəxanaya çatdırılıb. Ölü sayının artacağı ehtimal edilir.

Partlayış ətrafdakı infrastruktura və avtomobillərə ciddi ziyan vurub.

Qeyd edək ki, Bab Türkiyə Silahlı Qüvvələrinin “Fərat qalxanı” anti-terror əməliyyatları çərçivəsində terror ünsürlərindən təmizlənmiş bölgədir.

Hücumun YPG/PKK tərəfindən hazırlandığı ehtimal olunur.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm