İranda virusdan ölənlərin sayı 50 mini keçdi
Bizi izləyin

Yaxın Şərq

İranda virusdan ölənlərin sayı 50 mini keçdi

İranda son sutka ərzində 12 min 151 nəfər koronavirusa yoluxub, 321 pasiyent həyatını itirib.

Bu barədə İranın Səhiyyə Nazirliyindən bildirilib.

Məlumata görə, ölkədə koronavirusa yoluxanların ümumi sayı 1,2 milyona, pandemiya qurbanlarının sayı isə 50 min 26-ya çatıb. Bu günədək 719 min 708 xəstə sağalaraq evə buraxılıb.

Hazırda xüsusi xəstəxanalarda müalicəsini davam etdirən 5817 xəstənin vəziyyəti ağırdır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm