Bağdad hava limanına RAKET HÜCUMU
Bizi izləyin

Yaxın Şərq

Bağdad hava limanına RAKET HÜCUMU

İraqın paytaxtı Bağdadda yerləşən beynəlxalq hava limanına raket zərbələri endirilib.

Publika.az xəbər verir ki, bu barədə ölkənin Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, hücum zamanı ölən və yaralanan olmayıb.

Hücumun məsuliyyətini hələ ki heç bir qruplaşma öz üzərinə götürməyib.

Qeyd edək ki, Bağdad Beynəlxalq Hava limanı ABŞ ordusuna aid “Viktoriya” hərbi bazasının yanında yerləşdiyinə görə tez-tez hücumlara məruz qalır.

Xatırladaq ki, 21 yanvarda "Tayaran" meydanında təşkil olunan kamikadze hücumu nəticəsində 32 nəfər ölmüş, 110 nəfər yaralanmışdı.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm