Suriyalı müxaliflər Kremldən yardım istədi: “İradəniz çatırsa...”
Bizi izləyin

Yaxın Şərq

Suriyalı müxaliflər Kremldən yardım istədi: “İradəniz çatırsa...”

Suriyalı müxaliflət təmsilçiləri Moskvadan Bəşər Əsəd rejiminə qarşı təzyiq göstərmək üçün yardım istəyib.

Publika.az xarici KİV-ə istinadla xəbər verir ki, bu barədə Suriya Konstitusiya Komitəsində müxaliflərin liderlərindən olan Hadi əl Bahra danışıb.

O bildirib ki, Rusiya başda olmaqla bütün beynəlxalq güclər Suriyadakı siyasi gərginliyi səngitmək üçün bir araya gəlməsinin vacib olduğunu söyləyib. Suriyada vəziyyəti normala qaytarmaq üçün yeganə şərt Əsəd rejiminə qarşı qüvvələri birləşdirməkdir: “Əsəd rejimi bizimlə uzlaşmır. Onlar birgə konstitutsiyanın yazılmasına hazır deyil. Üstəlik, onun birgə yazılmasını da istəmirlər. Əgər iradələri çatırsa, Əsəd rejiminə beynəlxalq güclər təzyiq göstərməlidir. Başqa cür mümkün olmayacaq”.

Tural Turan

Oxumağa davam et
Reklam
Reklam

Gündəm