Suriyada terror: 10 nəfər öldü, xeyli yaralı var - FOTOLAR
Bizi izləyin

Yaxın Şərq

Suriyada terror: 10 nəfər öldü, xeyli yaralı var - FOTOLAR

Minik vasitəsinə yerləşdirilən bomba Suriyanın Azez bölgəsində, Suriya müvəqqəti hökumət binası və Azez Mədəniyyət Mərkəzinin yaxınlığında partladılıb. Həmçinin daha bir bomba Əl-Bab bölgəsində işə salınıb.

Publika.az-ın məlumatına görə, qanlı olayda 10 nəfər həyatını itirib, 24 nəfərin yaralandığı bildirilir. Yaralılar bölgədəki xəstəxanalara çatdırılıb.

Polis qüvvələri və xilasetmə qrupları bölgədə təhlükəsizlik tədbirlərini gücləndirib.

Yaxınlıqdakı evlərə və avtomobillərə ciddi ziyan dəydiyi bildirilir. Heç kəs hücumun məsuliyyətini öz üzərinə götürməsə də, təhlükəsizlik qüvvələri bu hadisəni YPG/PKK terror təşkilatının təşkil etməsi ehtimalına diqqət çəkib.

Akqabay

Oxumağa davam et
Reklam
Reklam

Gündəm