Rusiya helikopteri qəzaya uğradı - Ölən var
Bizi izləyin

Yaxın Şərq

Rusiya helikopteri qəzaya uğradı - Ölən var

Rusiya Müdafiə Nazirliyi hadisə ilə əlaqədar açıqlama yayıb.

Publika.az-ın xəbərinə görə, qeyd edilib ki, Rusiya Aerokosmik Qüvvələrinin Mi-35 helikopteri Suriyaya təcili eniş edib: "Mi-35 helikopterinin heyəti dərhal axtarış və xilasetmə xidməti tərəfindən aerodroma gətirilib".

Nazirlik hadisənin texniki problemlər səbəbindən baş verib-verməməsinə də aydınlıq gətirib. Bildirilib ki, helikopterə atəş açılmadığı müəyyən edilib.

xxx

Suriyanın Haseke şəhərindəki Tel-Tamer qəsəbəsinin şimal-qərbində Rusiyaya məxsus helikopterin qəzaya uğraması ilə bağlı xəbər yayılıb.

Publika.az-ın məlumatına görə, helikopterin Tel-Tamer qəsəbəsi yaxınlığında yerləşən Rihaniyyə və Qasımiyyə kəndləri arasındakı bölgəyə düşdüyü iddia edilib.

Hadisə nəticəsində helikopterin pilotu həlak olub.

Sözügedən bölgə Türkiyə ilə sərhədə yaxınlığıyla tanınır.

Akqabay

Oxumağa davam et
Reklam
Reklam

Gündəm