Trampın getdiyi hərbi bazaya raket atdılar
Bizi izləyin

Yaxın Şərq

Trampın getdiyi hərbi bazaya raket atdılar

İraqın qərbində yerləşən Ənbər vilayətinə raket zərbələri endirilib.

Publika.az xəbər verir ki, ABŞ əsgərlərinin hərbi bazası olan Eyn əl-Əsədə 10 raket düşüb.

Məlumatı dərc edən İraq rəsmi informasiya agentliyi hücumun kim tərəfindən təşkil olunduğu və dəyən zərər barədə bilgi verməyib.

İraq hökuməti də məsələ ilə bağlı mövqeyini bildirməyib.

Qeyd edək ki, ABŞ-ın sabiq prezidenti Donald Tramp 26 dekabr 2018-ci ildə Eyn əl-Əsədə sürpriz səfər etmişdi.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm