Əsəd Moskvada koronavirusdan müalicə olunur? - SƏFİRDƏN AÇIQLAMA
Bizi izləyin

Yaxın Şərq

Əsəd Moskvada koronavirusdan müalicə olunur? - SƏFİRDƏN AÇIQLAMA

Suriya Prezidenti Bəşər Əsədin Moskvada koronavirusdan müalicə olunması barədə məlumat həqiqətə uyğun deyil.

Bunu “RİA Novosti”yə Ərəb Respublikasının Rusiyadakı səfiri Riyad Xəddad deyib.

Bu həftə Suriya lideri və həyat yoldaşı Əsma Əsədin koronavirus virusuna yoluxduqları məlum oldu. Onların səhhətinin yaxşı, stabil vəziyyətdə olduğu və ev karantini şəraitində işlərini davam etdirəcəkləri qeyd edildi. Cümə günü isə bəzi xarici KİV-lər Əsədin ağır vəziyyətdə müalicə üçün Moskvaya aparıldığını iddia etdilər.

"Bu söhbətlər tamamilə yanlışdır. Cənab Prezident Suriyadadır, digər məlumatlar doğru deyil", - Xəddad bildirib.

Bundan əvvəl isə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirmişdi ki, Əsədin COVİD-19 xəstəliyindən müalicə alması ilə bağlı kömək istəyib-istəmədiyini bilmir: “Amma əminəm ki, əgər belə xahiş olarsa, Vladimir Putin onu operativ şəkildə nəzərdən keçirər”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm