Liviyanın yeni Baş naziri Türkiyəyə səfər edəcək
Bizi izləyin

Yaxın Şərq

Liviyanın yeni Baş naziri Türkiyəyə səfər edəcək

Aprelin 12-də Liviyanın Baş naziri Əbdülhəmid Dbeybəhin başçılıq etdiyi geniş tərkibdə nümayəndə heyəti Ankaraya rəsmi səfər edəcək.

Publika.az xəbər verir ki, nümayəndə heyətinin tərkibində 14 nazir təmsil olunacaq.

Liviyanın yeni hökumət başçısının Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşündə Ankara ilə Tripoli arasında əlaqələrin daha da möhkəmlənməsi, müxtəlif sahələrdə əməkdaşlığın inkişafı məsələləri müzakirə ediləcək, həmçinin ikitərəfli sazişlər imzalanacaq. Ərəb KİV-ləri qeyd edirlər ki, Liviya nümayəndə heyətinin bu cür geniş tərkibdə ilk xarici səfəri bu ölkənin müttəfiqi olan Türkiyəyə verdiyi yüksək qiymətin təzahürüdür. Rəsmi Ankara da Şimali Afrikanın bu mühüm dövlətində sülhün və sabitliyin bərqərar olması istiqamətində səylər göstərir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm