İranda qanlı toqquşma - ÖLƏNLƏR VAR
Bizi izləyin

Yaxın Şərq

İranda qanlı toqquşma - ÖLƏNLƏR VAR

İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) əsgərləri ilə terrorçular arasında silahlı toqquşma baş verib.

Publika.az yerli KİV-ə istinadən bildirir ki, bu barədə SEPAH-ın mətbuat xidməti məlumat yayıb.

Qeyd olunub ki, Kürdüstan vilayətində terrorçular əsgərlərə hücum edərək iki nəfəri qətlə yetiriblər. Silahlı toqquşmada iki terrorçu da məhv edilib.

Xüsusi xidmət orqanlarının hadisə yerinə gələn əməkdaşları araşdırma aparırlar. Terrorçuların kimliyi və əlaqələri müəyyənləşdirilir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm