Türkiyə ordusundan terrorçulara AĞIR ZƏRBƏ
Bizi izləyin

Yaxın Şərq

Türkiyə ordusundan terrorçulara AĞIR ZƏRBƏ

Türkiyə ordusunun İraqın şimalındakı Avaşin-Basyan ərazisində keçirdiyi “Pençe-Yıldırım” əməliyyatı çərçivəsində PKK-nın 5 terrorçusu hava zərbəsi ilə məhv edilib.

Publika.az xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi bildirib.

"Güclülər, qətiyyətlilər və qüdrətilər! Biz İraqın şimalında terrorçuların yuvalarını dağıtmağa davam edirik. Daha beş PKK terrorçusu Türkiyənin Hərbi Hava Qüvvələri tərəfindən zərərsizləşdirilib", - Müdafiə Nazirliyini xəbərində deyilir.

Türkiyənin Hərbi Qüvvələri “Pençe-Yıldırım” əməliyyatı çərçivəsində terrorçuları zərərsizləşdirməyi davam etdirəcəklər. İraqın şimalında keçirilən əməliyyat aprelin 24-də başlayıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm