Netanyahu fövqəladə vəziyyət ELAN ETDİ: Şəhərə ordu yeridildi - VİDEO
Bizi izləyin

Yaxın Şərq

Netanyahu fövqəladə vəziyyət ELAN ETDİ: Şəhərə ordu yeridildi - VİDEO

İsrailin Lod şəhərində baş verən qarşıdurmalar səlahiyyətliləri hərəkətə keçirib. Lod şəhərinin bələdiyyə başçısı Yair Revivo açıqlamasında şəhərdəki qarşıdurmalarda nəqliyyat vasitələrinin, sinaqoqların və məktəblərin yandırıldığını söyləyib və hadisələri "vətəndaş müharibəsi" olaraq xarakterizə edib.

Publika.az xəbər verir ki, şəhər bələdiyyəsi baş verənləri dəhşət adlandırıb və fələstinlilərin yəhudilərə vurduğu zərəri qeyd edib.

"Bu, ağlasığmazdır. Sinaqoqlar yandırılır, yüzlərlə maşın yandırıldı, yüzlərlə quldur küçələrdə gəzir. Lodda vətəndaş müharibəsi başladı. Buradakı ortodoksal-milliyyətçi topluluğun silahları var. Onlara evlərinə dönmələrini xahiş edirəm. Ancaq onlar evlərini qorumaq istədiklərini başa düşürlər. Yəhudi evlərinə benzin bombaları atılır. Bunlar təxribatdır", - şəhər meri bildirib.

Föqəladə vəziyyət elan edildi

Loddakı qarşıdurmalar səbəbiylə şəhərdə fövqəladə vəziyyət elan edilməsi üçün Y.Revivo ölkənin Baş naziri Binyamin Netanyahuya çağırış edib.

Məlumata görə, mer şəhərə nəzarəti tamamilə əldən verdiklərini və ordudan müdaxilə etməsini tələb edib. Ötən gecə Baş nazir Binyamin Netanyahu Lod şəhərinə yollanıb. Xüsusi bir görüşdən sonra Netanyahu geniş və şiddətli qarşıdurmalara səhnə olan Lod şəhərində fövqəladə vəziyyət elan etdiyini açıqlayıb.

Baş nazirin gəlişi ilə ordu qüvvələri də şəhərə yeridilib. İsrailin İctimai Təhlükəsizlik naziri Amir Ohana verdiyi açıqlamasında əmrləri yerinə yetirmək üçün səlahiyyətlərindən istifadə edəcəyini söyləyib.

Akqabay

Oxumağa davam et
Reklam
Reklam

Gündəm