İsrail-Fələstin qarşıdurmasında ölənlərin sayı artdı - RƏQƏMLƏR
Bizi izləyin

Yaxın Şərq

İsrail-Fələstin qarşıdurmasında ölənlərin sayı artdı - RƏQƏMLƏR

Fələstində qarşıdurmalar zamanı ölənlərin sayı 48-ə yüksəlib.

Publika.az xəbər verir ki, bu barədə Fələstin Səhiyyə Nazirliyi məlumat yayıb.

Məlumatda qeyd edilir ki, İsraillə qarşıdurmalar zamanı ölənlərin sayı 43-ə çatıb, yaralı sayı 304 nəfərdir.

İsrail ordusu da ölən və yaralananlarla bağlı məlumat paylaşıb.

Son məlumata görə isə, İsraildə 2 qadın raketin qurbanı olub. Bununla da ölənlərin sayı 5-ə çatıb, 200-dən çox yaralının olduğu bildirilir.

Xatırladaq ki, bazar ertəsi axşamından Qəzza zolağı arasındakı sərhəddə İsrail ilə Fələstin arasında vəziyyət kəskinləşib. Fələstinli qruplar Qəzzadan İsrailə 600-dən çox raket atıb, İsrailin "Dəmir Qübbə" müdafiə sistemi onlardan 200-ü havada məhv edib.

Akqabay

Oxumağa davam et
Reklam
Reklam

Gündəm