Qəzzadan İsrailə 3 700 raket atıldı
Bizi izləyin

Yaxın Şərq

Qəzzadan İsrailə 3 700 raket atıldı

Qəzza zolağından İsrail ərazisinə azı 3 700 raket buraxılıb.

Publika.az xəbər verir ki, bu barədə İsrail ordusu məlumat yayıb.

Bilirilib ki, bu hücumlar son doqquz gün ərzində edilib.

Qeyd olunub ki, raketlərin 90 faizi “Dəmir Qübbə” raket əleyhinə müdafiə sistemi tərəfindən məhv edilib.

Bir çox yaşayış evlərinə, məktəblərə və bağçalara ziyan dəyib, 540 raket fələstinlilərin yaşadığı ərazilərə düşüb.

İsrail ordusu isə öz növbəsində Qəzza sektorunda radikalların əhəmiyyətli hərbi obyektlərinə zərbələr endirib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm