Bu ölkədə qapalı məkanlarda da maska taxılmayacaq
Bizi izləyin

Yaxın Şərq

Bu ölkədə qapalı məkanlarda da maska taxılmayacaq

İsraildə qapalı məkanlarda maska taxılması məcburiyyəti ləğv olunacaq.

Publika.az xəbər verir ki, bu barədə ölkənin səhiyyə naziri Yuli Edelşteyn açıqlama verib.

O bəyan edib ki, gündəlik koronavirus statistikası hazırki səviyyədə qalmaqda davam edərsə, iyunun 15-dən etibarən artıq qapalı məkanlarda da tibbi maskalardan istifadə etməyə ehtiyac qalmayacaq və bu məcburiyyət ləğv olunacaq.

Qeyd edək ki, İsrail vaksinasiya templərinə görə dünyada birinciliyini qoruyub saxlayır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm