SON DƏQİQƏ: İsrail gəmisi naməlum silahla VURULDU
Bizi izləyin

Yaxın Şərq

SON DƏQİQƏ: İsrail gəmisi naməlum silahla VURULDU

İsrailə aid ticarət gəmisi naməlum silahla Hind okeanının şimal hissəsində vurulub.

Publika.az xəbər verir ki, bu barədə Livanın “Al Mayadeen” telekanalı məlumat yayıb.

İlkin məlumata görə, atəş zərbəsindən sonra gəmidə yanğın başlayıb. İnsident gəminin Səudiyyə Ərəbistanı limanlarından birindən Birləşmiş Ərəb Əmirliklərinə gedərkən baş verdiyi bildirilir. İsrail hələlik insidenti şərh etməyib, gəmiyə hücumun kimin işi ola biləcəyi haqda da məlumat yoxdur.

Lakin məlumdur ki, İran son zamanlar beynəlxalq sularda İsrail ticarət gəmilərinə zərər vurmağa çalışır. Bu, İsrailin iki ildir İrana aid neft tankerlərinin sanksiyalardan yayınmaqla neft daşımasının qarşısını almaq üçün keçirdiyi diversiya əməliyyatlarına cavabdır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm