İsraildə COVID əleyhinə yeni dərman hazırlanır
Bizi izləyin

Yaxın Şərq

İsraildə COVID əleyhinə yeni dərman hazırlanır

İsraildə koronavirus əleyhinə yeni dərman vasitəsi hazırlanır.

Publika.az "RİA Novosti"yə istinadla xəbər verir ki, onun özəlliyi tərkibində insanın kök hüceyrələrinin olmasıdır.

Dərman vasitəsi sınaqlarının birinci mərhələsi artıq başa çatıb. O, 90 faiz effektivlik əmsalı nümayiş etdirib.

Həkimlərin sözlərinə görə, kök hüceyrələri orqanizmdə zədələnmiş sahələri qısa müddətdə bərpa edərək, virusun fəsadlarını aradan qaldırmağa kömək edir.

Artıq sınaqların 2-ci və 3-cü mərhələləri üçün hazırlıq işlərinə başlanılıb. Onların uğurla bitəcəyi təqdirdə yeni antikovid vasitə tezliklə satışa çıxarılacaq.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm