İsraildə aktiv koronavirus xəstələrinin sayı 31 mini ötdü
Bizi izləyin

Yaxın Şərq

İsraildə aktiv koronavirus xəstələrinin sayı 31 mini ötdü

İsraildə ötən sutka ərzində yeni növ koronavirusa (COVİD-19) 4 221 nəfər yoluxub.

Publika.az xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyindən bildiriblər.

Məlumata əsasən, ölkədə koronavirusa yoluxanların sayı 897 326 nəfərə çatıb. Son sutka ərzində koronavirusdan 19 nəfər ölüb və ölənlərin ümumi sayı 6 535 nəfər təşkil edir.

Bildirilir ki, hazırkı dövrədək koronavirusa yoluxanlardan 859 055 nəfəri sağalıb, aktiv xəstələrin sayı 31 736 nəfərə qədər artıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm