• USD 1,7000 0,00% EUR 1,9900 -0,11%
    • GBP 2,3187 -0,06% RUB 0,0233 0,00%

Taliban daha 2 böyük şəhəri ələ keçirdi

Taliban daha 2 böyük şəhəri ələ keçirdi

Taliban hərəkatı Əfqanıstanın Vardak əyalətinin inzibati mərkəzi olan Meydanşəhri ələ keçirdiyini elan edib.

Publika.az xəbər verir ki, paytaxt Kabildən 46 km məsafədə yerləşən Meydanşəhrin ələ kemirilməsi barədə hərəkatın nümayəndəsi Zəbuilla Mücahid tvitter hesabında məlumat yayıb.

Məlumatda deyilir ki, əyalət administrasiyasının binası, polis idarəsi, mərkəzi qazamat taliblərin nəzarətinə keçib.

Yaraqlılar Kabilə qaçan hökumət qüvvələrinin silah-sursatını və hərbi texnikasını da ələ keçiriblər.

Bir qədər əvvəl isə Taliban hərəkatının Əfqanıstanın Cəlalabad şəhərini ələ keçirməsi barədə xəbər yayılıb. Bu barədə Nanqarxar əyalətindən olan deputat Abrarullu Murad açıqlama verib.

Adıçəkilən yaşayış məntəqəsi paytaxt Kabillə yanaşı son vaxtlara qədər hökumət qüvvələrinin nəzarətində olan iki iri şəhərdən biri olub. Bildirilib ki, Taliban Cəlalabada döyüşsüz yiyələnib.

Halal Nemət

Xəbər lenti

DAHA ÇOX XƏBƏR