Özbəkistandan "Taliban" açıqlaması: Sərhədimizi pozsalar...
Bizi izləyin

Yaxın Şərq

Özbəkistandan "Taliban" açıqlaması: Sərhədimizi pozsalar...

"Taliban"ın Əfqanıstanda hakimiyyəti ələ alması Orta Asiyanı da narahat etməyə başlayıb. Özbəkistan sərhədləri "Taliban" və əfqan qüvvələri tərəfindən pozularsa sərt şəkildə buna qarşılıq verəcəyini bəyan edib.

Publika.az "Sözcü"yə istinadla xəbər verir ki, rəsmi Daşkənd tezliklə mövcud xaosun düzələcəyinə ümidlidir. Özbəkistan rəhbərliyi bundan sonra da ölkənin sərhədlərini pozmağa cəhd edənlərə qarşı sərt tədbirlər həyata keçirəcəyini vurğulayıb.

Qeyd edək ki, bir neçə gün öncə Özbəkistan sərhədlərini pozmağa cəhd edən bir əfqan hərbi təyyarəsini məhv edib. Digər bir mülki təyyarə isə hava sərhədlərindən qovulub.

Tural Turan

Oxumağa davam et
Reklam
Reklam

Gündəm