Əfqanıstanda 5 türk mütəxəssis "Taliban"ın mühasirəsində qaldı
Bizi izləyin

Yaxın Şərq

Əfqanıstanda 5 türk mütəxəssis "Taliban"ın mühasirəsində qaldı

Əfqanıstanda 5 türk mütəxəssis "Taliban"ın mühasirəsində qalıb.

Publika.az "Sözcü"yə istinadla xəbər verir ki, bir müddət əvvəl saç əkimi üçün Əfqanıstana gedən 5 türk mütəxəssis ölkələrinə qayıtmaq ümidlərini hələ də itirməyiblər. Onlar təxliyə təyyarəsi ilə Türkiyəyə qayıtmalarına ümid etdiklərini, hazırda qorxu içində gün saydıqlarını bildiriblər.

Onlar yemək, ərzaq, elektrik imkanlarının məhdud olduğunu da dilə gətiriblər.

Eyni zamanda, C.Ş. adlı türk yaxınlıqda daha üç Türkiyə vətəndaşının "Taliban"ın mühasirəsində qaldığını, vətənə dönmək üçün çıxış yolları axtardıqlarını deyib.

Tural Turan

Oxumağa davam et
Reklam
Reklam

Gündəm