Naftali Bennett ABŞ Prezidenti ilə görüşəcək
Bizi izləyin

Yaxın Şərq

Naftali Bennett ABŞ Prezidenti ilə görüşəcək

İsrailin Baş naziri Naftali Bennett avqustun 26-da Vaşinqtona səfəri çərçivəsində ABŞ Prezidenti Cozef Baydenlə görüşəcək.

Publika.az TASS-a istinadla xəbər verir ki, bu barədə Ağ Evin mətbuat xidməti məlumat yayıb.

"Prezident və Baş nazir İran da daxil olmaqla, regional və qlobal təhlükəsizliklə bağlı kritik məsələləri müzakirə edəcək. Səfər hər iki liderə israillilər və fələstinlilər üçün sülh, təhlükəsizlik və rifah səylərini müzakirə etməyə imkan yaradacaq", - məlumatda deyilir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm