"Taliban"dan SON DƏQİQƏ açıqlaması: Bir neçə gün ərzində...
Bizi izləyin

Yaxın Şərq

"Taliban"dan SON DƏQİQƏ açıqlaması: Bir neçə gün ərzində...

"Taliban" rəsmisi təşkilat rəhbərlərinin təhlükəsizliyini təmin etmək və əməkdaşlıq üçün yaxın bir neçə gün ərzində Əfqanıstanın 34 əyalətinin 20-dən çoxunda keçmiş qubernatorlar və bürokratlarla görüşəcəklərini söyləyib.

Publika.az xəbər verir ki, kimliyi gizli saxlanan "Taliban" nümayəndəsi ABŞ-ı Kabildəkı hava limanında baş verənlərlə əlaqədar xaos yaratmaqda günahlandırıb:

"Biz heç bir keçmiş hökumət rəsmisini bizə qoşulmağa və ya təşkilatımıza sadiqliyini sübut etməyə məcbur etmirik. Onlar ölkəni tərk etmək hüququna malikdirlər. ABŞ bütün güc və vasitələri ilə hava limanına nizam gətirə bilmədi. Bütün ölkədə sülh və əmin-amanlıqdır, ancaq yalnız Kabil hava limanında xaos hökm sürür", - deyə "Taliban" rəsmisi qeyd edib.

Qeyd edək ki, İngiltərə mətbuatı son bir neçə saat ərzində bir qrup Əfqanıstan vətəndaşının hava limanına girməyə çalışdığını və bu müddət ərzində baş verən hadisələrdə 7 mülki şəxsin həyatını itirdiyini açıqlayıb.

Akqabay

Oxumağa davam et
Reklam
Reklam

Gündəm