"Taliban" hökumət qurmağı təxirə salır, Baydenə xəbərdarlıq edir - Əfqanıstanda xaos böyüyür
Bizi izləyin

Yaxın Şərq

"Taliban" hökumət qurmağı təxirə salır, Baydenə xəbərdarlıq edir - Əfqanıstanda xaos böyüyür

Əfqanıstanda hakimiyyəti ələ keçirən "Taliban" yeni hökumətin qurmağı təxirə salıb.

Publika.az
xəbər verir ki, bu barədə “AFP” agentliyi "Taliban" mənbələrinə istinadən yazır.

Məlumata görə, "Taliban" ABŞ əsgərlərinin Əfqanıstandan çıxmadığı müddətdə hökumət qurmamaq qərarına gəlib.

“ABŞ-ın son əsgəri Əfqanıstandan çıxmayana qədər yeni hökumət qurulmayacaq”, - mənbə bildirib.

Qeyd edək ki, Bayden Administrasiyası avqustun 31-nə qədər əsgərlərini tamamilə çıxarmaq niyyətindədir. Lakin bu prosesin uzana biləcəyi də gözlənilir.

Talibanın Qətərdəda yerləşən siyasi bürosunun sözçüsü Süheyl Şahin bildirib ki, Bayden Administrasiyası Əfqanıstandakı əsgərlərini çıxarmağı gecikdirərsə, bunun nəticələri olacaq.

“Bu qırmızı cizgidir. 31 avqustda bütün amerikalı əsgərlər çıxarılmalıdır. Əgər bu tarix uzanarsa, işğalın uzanması deməkdir. Bizdən vaxt istəsələr, bunu qəbul etməyəcəyik”, - Taliban sözçüsü bildirib.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm