• USD 1,7000 0,00% EUR 2,0077 +0,03%
    • GBP 2,3515 +0,18% RUB 0,0235 +0,85%

Rusiya "Taliban"ın planının ÜSTÜNÜ AÇDI: Səlahiyyət Türkiyəyə verilə bilər

Rusiya "Taliban"ın planının ÜSTÜNÜ AÇDI: Səlahiyyət Türkiyəyə verilə bilər

Rusiya "Taliban" qruplaşmasının Kabil aeroportunu idarə etmək üçün Türkiyəni nəzərdən keçirdiyini söyləyib.

Publika.az xəbər verir ki, bu barədə Rusiyanın Əfqanıstandakı səfiri Dmitri Jirnov Kabil Həmid Karzai Beynəlxalq Hava Limanının fəaliyyəti ilə bağlı açıqlamalar verib.

Jirnov "Taliban"ın amerikalıların gedişindən sonra Kabil hava limanının texniki nəzarətinin Qətərə və ya Türkiyəyə verilməsi ehtimalını araşdırdığını söyləyib.

"Eşitmişəm ki, "Taliban" Kabil hava limanını texniki olaraq kimin idarə edəcəyi ilə bağlı təşəbbüslər göstərir. Bunu özləri edə bilməyəcəklərini bilirlər. Belə təcrübələri yoxdur və mütəxəssislər axtarırlar. Türkiyə və Qətəri nəzərdən keçirirlər", - diplomat qeyd edib.

Əfqanıstanda vəziyyətin sabitləşmə perspektivlərinin böyük ölçüdə ABŞ-dan asılı olduğunu ifadə edən səfir, "Moskva və Vaşinqtonun Əfqanıstanla bağlı əməkdaşlıqda heç bir problemi yoxdur", - deyə qeyd edib.

Akqabay

Halal Nemət

Xəbər lenti

DAHA ÇOX XƏBƏR