Yaxın Şərq
İran bu ölkənin məhsullarına qadağa qoydu
Bu gündən Cənubi Koreya istehsalı olan məişət texnikalarının İrana idxal edilməsi və satışı qadağan olunub.
Publika.az xəbər verir ki, bu barədə İranın Prezident Administrasiyası rəhbərinin sənaye və ticarət, eləcə də iqtisadiyyat və maliyyə işləri nazirlərinə yazdığı məktubda deyilir.
Qeyd olunub ki, ölkədə bir sıra məişət texnikası istehsal edən şirkətlər Ali Rəhbərə müraciət edərək daxili bazarın qorunmasını xahiş ediblər. Ali Rəhbər İran iqtisadiyyatının dirçəlməsi üçün daxili bazarın qorunmasını vacib hesab edib və tədbir görülməsi üçün iş adamlarının müraciətini Prezident Administrasiyasına yönəldib. Administrasiya isə Cənubi Koreyadan İrana məişət texnikası idxalını və satışını qadağan edib.
Nəzərə çatdıraq ki, Cənubi Koreya ABŞ-ın İrana qarşı tətbiq etdiyi iqtisadi sanksiyaları dəstəkləyir və İrana məxsus 9 milyard dollar vəsaiti qaytarmır. Rəsmi Seul vəsaiti qaytarmaqdan imtina etmir. Sadəcə olaraq, sanksiyaları əsas tutaraq hazırda pulu İrana vermir.
-
Dünya10:00ABŞ-dan Hörmüz AÇIQLAMASI - İranı ələ saldı: Donanma yoxdur
-
Sosial09:18Azərbaycanda bir sıra dövlət qurumlarının saytlarına kiberhücum olundu - Rəsmi
-
Səhiyyə08:48Erkən insulta səbəb olan məişət vərdişləri - Həyat üçün təhlükə yaradan nələrdir?
-
ABŞ08:00ABŞ-dan kritik qərar: Bu bank 1,21 milyard dollar cərimələndi
-
İKT07:30Xəbərdarlıq: Süni intellekt ev cihazları vasitəsilə yayıla bilər
-
Avropa04:14Dənizin sahilində UNO aşkarlandı - Hərbi Jandarma hərəkətə keçdi
-
ABŞ03:43Ağ Evin yeni mətbuat katibini HƏDƏLƏDİLƏR
-
Avropa02:42Papanın ağciyərinin bir hissəsi çıxarıldı - YENİLƏNDİ








.jpg)





.jpg)
























