Pakistanda enerji böhranı
Bizi izləyin

Yaxın Şərq

Pakistanda enerji böhranı

Pakistanda iyul ayında mayeləşdirilmiş təbii qaz ala bilmədiyindən enerji böhranının dərinləşəcəyi qeyd edilib. Ölkənin energetika nazirinin müavini Mossadeq Məsud Malik bildirib ki, hökumət gələn ay üçün maye qaz tədarükünü təmin edə bilməyib.

Publika.az bunu xarici mətbuata istinadən xəbər verir.

Qazın tədarükü ilə bağlı tenderlərə cavab verilmədiyini qeyd edən Malik bildirib ki, Ukrayna ilə müharibə səbəbindən Rusiyadan tədarük dayandırılıb: “Avropa ölkələri lazım olan hər yerdən qaz alırlar. Bu vəziyyət qazın qiymətlərinin artmasına səbəb olcaq. 2,5 il əvvəl maye qaz 4 dollar ikən indi 40 dollara belə tapmaq mümkün deyil. Bu səbəbdən Rusiyanın Ukrayna ilə müharibəsi real böhran yaradıb”.

“Mövcud vəziyyətdə Pakistan kifayət qədər enerjiyə sahib deyil. Qaz yoxdur və bu qədər bahalı qazı ala bilmərik. Ona görə alternativlərə üz tutacağıq. Enerji ehtiyaclarını ödəmək üçün kömür və mazut idxal edəcəyik. Mövcud vəziyyət ancaq iyulun 15-dən sonra bərpa olunacaq”- dövlət rəsmisi vurğulayıb.

Aysel Məmmədova

Oxumağa davam et
Reklam
Reklam

Gündəm