İordaniyada zəhərli qaz sızması: 13 nəfər öldü
Bizi izləyin

Yaxın Şərq

İordaniyada zəhərli qaz sızması: 13 nəfər öldü

İordaniyanın Aqaba limanında zəhərli qaz sızması nəticəsində ölənlərin sayı 13 nəfərə çatıb, 250 nəfərdən çox insan isə zəhərlənib.

Publika.az xəbər verir ki, bu barədə bazar ertəsi “Əl-Mamlaka” televiziya kanalı yerli hakimiyyət orqanlarına istinadla məlumat yayıb. Məlumatda bildirilib ki, limanda zəhərli qazlı maddə ilə doldurulmuş çənin daşınma zamanı yıxılması nəticəsində qəza baş verib ki, bu da qaz sızmasına səbəb olub.

Qaz sızmasının yaşayış məntəqələrindən uzaqda baş verdiyi qeyd edilir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm